Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Fintex Assosiasiyasının üzvləri ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələri müzakirə olunub.
Həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” üzrə müəyyənləşdirilmiş strateji prioritetlərlə bağlı əldə olunmuş nəticələr və yaxın perspektivdə həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.