RU

Kəmalə Ağazadə ölümlə hədələnir

Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə hədə və şantajla üzləşib.

Ölkə.Az xəbər verir ki, bu barədə K.Ağazadə sosial şəbəkələrdə yazıb. Sədr bildirib ki, onu hədələyən şəxs uşağını atıb gedən valideynlərdən biridir:

"Təxminən 1 il öncə ana 2 yaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb. Dayə uşağın anasından xəbər çıxmadığını görəndə vəziyyətlə bağlı qaynar xəttimizə müraciət etdikdən sonra, polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib.

Yadınızdadırsa, 2024-cü ilin yay ayında sığınacağımızın sakinləri Nabranda istirahət edərkən canlı açdığımız zaman bu müraciət canlıya yazıldı, biz öz tərəfimizdən müraciəti polisə və qaynar xəttimizə yönləndirmişdik.

Ananı dəfələrlə sığınacağa dəvət etdik, gəlmədi. Azyaşlının sığınacaqda qaldığı müddət ərzində isə naməlum şəxslər müxtəlif nömrələrdən zəng edərək özlərini uşağın dayısı, əmisi və ya digər qohumları kimi təqdim ediblər. Onlar təhdidedici ifadələr işlədərək, uşağın təhvil verilməsini tələb edir, hədə qorxu gəlir, bizi öldürəcəklərini bildiriblər. 
Bu gün isə daha "maraqlı" təklif ediblər: "Sakitcə,səssiz-səmirsiz ana gələcək və siz uşağı anaya izahatsız təhvil verəcəksiniz! Əks halda
ana canlı yayım açacaq və hamının gözü qarşısında özünə qəsd edəcək. Bu zaman isə Kəmalə Ağazadənin olduğu bildiriləcək".

K.Ağazadə yaranmış vəziyyətlə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib:

"Xahiş edirəm, bu müraciətim ciddi nəzarətə götürülsün! Ola bilsin ki, qadın özü hansısa cinayətkarların əlindədir. Bəlkə də bu uşaq onlara hansısa məqsədlər üçün lazımdır. Ananı ciddi nəzarətdə saxlayan "əmioğlanları", dayıoğlanları" var.

Sığınacaqlar və onun əməkdaşları hər zaman təhdiq, şantaj altında olmağını anlayır. Onsuz da çalışdığımız uşaqların kimlərin qurbanı olduğunu çox gözəl bilirik. Amma bu yeni "üsul" şantajistlər üçün yeni alət ola bilər", - deyə o əlavə edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev isə məsələnin araşdırma predmeti olduğunu bildirib.

Billurə

Избранный
11
5
olke.az

10Источники