RU

Kennedinin qətli ilə bağlı MİNLƏRLƏ GİZLİ SƏNƏD ÜZÜ ÇIXDI

Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı sənədləri araşdırmaq və açıqlamaq vəzifəsi daşıyan şuraya heç vaxt təqdim edilməmiş 2400-ə yaxın qeydi üzə çıxarıb.

 

Sfera.az xəbər verir ki, bu barədə iddia ilə "Axios" xəbər platforması çıxış edib.

 

Xəbərdə bu qeydlərin FTB-nin apardığı araşdırma çərçivəsində üzə çıxardığı 14 min səhifəlik sənədlərə daxil edildiyi bildirilib.

 

Kennedinin qətli ilə bağlı ən böyük onlayn arxivə malik olan Meri Ferrell Fondunun vitse-prezidenti Cefferson Morli iddialarla bağlı deyib: "Bu, olduqca böyük bir inkişafdır. Bu, FTB-nin bu məsələyə ciddi yanaşdığını göstərir".

 

Qeyd edək ki, yanvarın 23-də ABŞ prezidenti Donald Tramp keçmiş prezident Kennedinin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən fərman imzalayıb. (Musavat.com)

Избранный
2
1
sfera.az

2Источники