Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 11-də axşam saatlarında Zeyvə kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşın “Chevrolet” markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki nəqliyyat vasitəsi sıradan çıxıb, sürücülərdən biri 47 yaşlı Nazar Alışov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта