Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubunda debüt oyununa çıxıb.
O, I Liqanın XXIV turunda "Yeni Malatyaspor"la ev oyununda iştirak edib.
İlk matçı Coşqun üçün uğurlu alınıb.
Futbolçumuz görüşdə iki qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub. O, 14 və 49-cu dəqiqələrdə fərqlənərək matçın nəticəsini müəyyənləşdirib - 2:0.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib. Bu qələbədən sonra Diniyevin komandası turnir cədvəlində 38 xalla 4-cü sıraya yüksəlib. \\Fanat.Az