RU

Gəncədə piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, yolda hərəkətdə olan "Opel" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2000-ci il təvəllüdlü E.Əliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirlir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
8
4
avtosfer.az

6Источники