RU

Mavritaniya və Seneqalın dənizdə müştərək qaz quyusundan ilk LNG istehsalı başlanıb

Qahirə, 12 fevral, AZƏRTAC

ABŞ-ın Kosmos Energy şirkəti “Böyük Tısbağa Ahmeyim” (Greater Tortue Ahmeyim) yatağı layihəsi üzrə ilk mayeləşdirilmiş təbii qazın (LNG) emal edildiyini bildirib.

AZƏRTAC Mavritaniya KİV-lərinə istinadla xəbər verir ki, BP şirkətindən bildirilib ki, bu ilin birinci rübü ərzində, çox güman, mart ayında LNG qazının ixracına başlanacaq.

Gözlənilir ki, birinci mərhələdə ildə 2,3 milyon ton LNG istehsal ediləcək. Layihə üzrə yataqda 15 trilyon kubmetr qaz ehtiyatının olduğu bildirilir.

Mavritaniya və Seneqalın dənizdə müştərək “Böyük Tısbağa Ahmeyim” (Greater Tortue Ahmeyim) qaz yatağından ilk hasilat ötən il dekabrın 31-də baş tutub. 2850 metr dərinlikdən hasil olunan qaz emal üçün üzən LNG saxlama gəmisinə nəql edilir. BP layihədə 56 faiz paya malikdir. ABŞ-ın “Kosmos Energy” şirkəti 27%, Seneqal 10% və Mavritaniya isə 7% faiz pay sahibidir.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Избранный
31
azertag.az

1Источники