RU

Kilauea vulkanı yenidən lava püskürdü

Dünyanın ən aktiv vulkanlarından biri olan Havaydakı Kilauea vulkanı yenidən püskürüb.

Kilauea vulkanı dekabrın 23-dən bəri fasilələrlə püskürür.

"Operativ Media" xəbər verir ki, Havay Vulkan Rəsədxanasından verilən açıqlamada vulkanın yerli vaxtla saat 10:16 radələrində 9-cu dəfə, 100 metr hündürlüyə qədər lava püskürdüyü və tüstünün səmaya qalxdığı qeyd edilib.

Vulkandakı fəaliyyətin Havay Vulkanları Milli Parkı daxilindəki zirvə kraterində baş verdiyi qeyd edilsə də, milli parka gələnlərə təhlükəsizlik üçün qapalı ərazilərdən uzaq durmaları və zərərli qazlardan ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.

Избранный
33
2
operativmedia.az

6Источники