RU

“Xına, boya kişi üçün yaradılıb” - Manaf

“Hamı istəyir yaraşıqlı, cavan olsun, qəşəng geyinsin. Məni müasir biri bilmirlər. Çox müasirəm, amma əndazəsində”.

OLAY yazır ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Müasir düşüncəli insan olduğunu söyləyən sənətçi kişilərin estetik və plastik əməliyyatlar keçirilməsinə bu cür münasibət bildirib:

“Bir kişinin üzündə çapıq varsa, düzəltirirsə, burnu əyridirsə əməliyyat etdirirsə, nə gözəl. Saçında tük yoxdursa, arxadan çıxardıb önə əkirlərsə nə yaxşı. Etdirmişəm. Xına, boya üstünə kişi yazılıb. Bu, kişi üçün yaradılıb. Hər zaman deyirəm ki, gedin ərəb ölkələrinə bir nəfər saçı ağ adam tapın göstərin”.

Избранный
18
8
olay.az

10Источники