RU

"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki lövhə söküldü - yenilənib - FOTO

Bakıda "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki hər iki dildə olan lövhə sökülüb.
 
Dünən "Rus Evi"nin əməkdaşları divarlardan tabloları çıxarıb, məkanı boşaldıblar.
 
Xatırladaq ki, Azərbaycan "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
 
-------------
 
 
Bakıda "Rus evi"nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür.
 
Artıq mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb.
 
Qeyd edək ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra Rəsmi Bakı fevralın 3-də "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
 
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir. (Report)
Избранный
24
44
moderator.az

10Источники