RU

Uşaq meydançasında 150 bomba tapıldı - ŞOK

Ajans.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. 

Bombalar ərazinin abadlaşdırılması üçün aparılan tikinti layihəsi zamanı aşkar edilib. Yanvarın 14-də işçilər yer qazarkən “şübhəli əşya” aşkar ediblər.

Tapılan obyekt təcrübə bombasıdır və müxtəlif məqsədlər üçün istifadə edilməsi, lakin yenə də zərərli ola biləcək bir bomba növü olduğu ortaya çıxıb. Partlamamış hərbi sursatlar üzrə ixtisaslaşan Brimstone Site Investigations şirkəti ərazini araşdırmaq üçün göndərilib.

Axtarışın ilk günündə hər biri 10 kiloqram olan 65 əlavə təcrübə qumbarası və tüstü patronu aşkar edilib. Bildirilib ki, işin ikinci günündə daha 90 təcrübə bombası toplanaraq anbar sahəsinə daşınıb.

Избранный
9
Ajans.az

1Источники