Sərbəst və yunan-Roma növü üzrə 20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı başlanıb. Offsideplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə sərbəst güləş növündə mübarizə baş tutub. Çempionatın açılış günündə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib:
57 kq
1. Vasif Bağırov (Gəncə, Təhsil-1)
2. Sədrəddin Həsənov (FHN)
3. Ruslan Əlizadə (Lənkəran), Hüseyn Hüseynov (Neftçi)
65 kq
1. Hacı Kərimov (Abşeron, “Neftçi”)
2. Elcan İsmayılzadə (Neftçi)
3. Sübhan Səfərli (Göyçay OİK), Ağa Qasımov (Neftçi)
74 kq
1. Omar Gülməmmədov (Neftçi)
2. Fazil İsmayılzadə (Abşeron)
3. Elmir Seyidov (DİN), Heydərəli Saidov (Neftçi)
86 kq
1. Məhəmməd Abbaszadə (UGİM-5, “Neftçi”)
2. Təbriz Bayramov (Sumqayıt, Təhsil)
3. Vasif Xuduyev (Neftçi), Hüseyn Məmmədtağızadə (Neftçi)
97 kq
1. Rəvan Musayev (Neftçi)
2. Səid Paşayev (Pəhləvan)
3. İsa Hüseynov (DİN), Abdulla Şərif (Neftçi)