Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
"Unikal" xəbər verir ki, son oyun günündə də 4 qarşılaşma keçiriləcək.
Əvvəlcə Belçikada “Brügge” və İtaliyanın “Atalanta” klubları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Digər üç oyun isə saat 00:00-da start götürəcək. Almaniya “Bavariya”sı Şotlandiyada “Seltik”in, İtaliya “Milan”ı Niderlandda “Feyenoord”un, Portuqaliya “Benfika”sı isə Fransada “Monako”nun qonağı olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin cavab matçları fevralın 18-19-da təşkil ediləcək. Bu raundun ilk 4 oyunu ötən gün keçirilib.