RU

Ukrayna ordusu xidmətə gəncləri cəlb edir

AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

“Ukrayna Müdafiə nazirliyi bu gün “Müqavilə 18-24” layihəsinə rəsmən start verib. 1 milyon qrivna (təxminən 24 000 ABŞ dolları) məbləğində müqavilə 1 il müddətinə bağlanır: pulun beşdə biri dərhal, qalan hissəsi bir il ərzində iki tranşla ödəniləcək”, - məlumatda bildirilir.

Karlson:“ABŞ siyasətçiləri Ukraynanı məhv etdilər”
Bundan əlavə, müqaviləli əsgərlərə 120 min qrivnaya (2900 ABŞ dolları) qədər aylıq əmək haqqı, “sıfır ipoteka imkanı, dövlət hesabına təhsil, pulsuz tibbi xidmət, xüsusən də diş protezləri, bir illik xidmətdən sonra xaricə getmək hüququ” vəd olunur. Həmçinin, müqavilə bitdikdən sonra xidməti keçənlərin səfərbərliyinə 12 ay möhlət veriləcəyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl məşhur amerikalı aparıcı-jurnalist Ukraynada səfərbərlik həddinin 18 yaşa qədər azaldılması ilə bağlı ABŞ-nin əvvəlki administrasiyasının təklifini sərt tənqid edib. Ukraynanın Müdafiə nazirliyinin layihəsi isə, mahiyyət etibarı ilə Bayden administrasiyasının təklifinin həyata keçirilməsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Sahil İsgəndərov
AzVision.az


Избранный
24
azvision.az

1Источники