RU

ABŞ hərbçilərinin qohumları Pentaqonun yeni rəhbərini Almaniyada fitə basıblar

Amerika hərbçilərinin ailə üzvləri ABŞ-ın Avropa Komandanlığının Almaniyadakı qərargahına səfəri zamanı Pentaqonun yeni rəhbəri Pit Heqseti fitə basıblar.

Herbiand.az bildirir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

“Müdafiə Nazirliyinin yeni müxtəliflik, bərabərlik və inklüzivlik siyasətinə etiraz edən hərbçi ailələr, fevralın 11-də ABŞ-ın Avropa Komandanlığının Almaniyadakı qərargahına gələn müdafiə naziri Pit Heqseti fitə basıblar", - kanal bildirir.

Qeyd olunur ki, ABŞ hərbi qulluqçularının onlarla ailə üzvləri ABŞ Müdafiə Nazirliyinin siyasətindən narazılıqlarını bildirmək üçün Ştutqarta toplaşıblar.

Bəxtiyar CƏFƏRLİ

Избранный
8
herbiand.az

1Источники