RU

Ələsgər Həsənov: "Yardım göndərərkən qarşı tərəfin istəkləri nəzərə alınır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, Ukraynaya göndərilən humanitar yardım bununla yekunlaşır".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyinin elektrik və istilik enerji şöbəsinin müdiri Ələsgər Həsənov deyib.
O bildirib ki, növbəti dəfə qərar olarsa, yardımın göndərilməsi həyata keçiriləcək:
"Bu Sərəncam çərçivəsində göndərilən yardımlar bununla yekunlaşır. Azərbaycan humanizm prinsiplərinə dayanaraq Ukraynaya davamlı olaraq elektrik avadanlıqları və digər məhsullar göndərir, eyni zamanda, yenidənqurma işləri çərçivəsində dəstək göstərir. Bu də rəhbərin qərarından asılıdır. Qərar olarsa, Energetika Nazirliyi elektrik işləri üçün lazım olanları göndərəcək".
Şöbə müdiri qeyd edib ki, göndərilən humanitar yardım və elektrik avadanlıqları Ukraynaya müharibə nəticəsində zərər dəymiş elektrik naqillərinin yenidən qurulması məqsədilə istifadə olunur:
"Avadanlıqlar göndərərkən onların istəkləri nəzərə alınır".
Aygün Mirakif
Избранный
11
oxu.az

1Источники