RU

“Qarabağ” “Qəbələ”yə məxsus əsrin rekordunu yenilədi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunda “Səbail”lə qarşılaşmış “Qarabağ” ev oyununda 5:0 hesablı qələbə qazanıb.

Arena.az xəbər verir ki, 75 dəqiqəsi qolsuz bitən görüşdəki bütün toplar hakimin final fitinə 15 dəqiqə qalandan sonraya təsadüf edib.

Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatları tarixində XXI əsrin rekorduna imza atıb. “Qarabağ” 5 və ya daha çox qol vurduğu görüşdə hesabı ən gec açan komanda olub. Ağdam təmsilçisi ilk topu 76-cı dəqiqədə vursa da, matçın sonunadək “5”ə çatıb.

Bunadək əsrin rekordu “Qəbələ”yə məxsus idi. “Qırmızı-qaralar” 2021/2022-ci illər mövsümündə “Səbail”lə qarşılaşmada 65-ci dəqiqədə hesabı açdıqdan sonra 5:0 hesabı ilə qalib gəlmişdi.

Избранный
33
32
arena.az

10Источники