RU

Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri açıqlanacaq

Fevralın 14-də Bakıda Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) biznes liderləri üçün məlumatlandırma görüşü keçirəcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatına görə, görüşdə Fondun vəsaitlərindən istifadə qaydaları, qəbul olunan layihələr üzrə meyarlar və maliyyələşdirmə mexanizmləri barədə ilk dəfə rəsmi məlumatlar təqdim ediləcək.

Bununla yanaşı, təşkilata üzv ölkələrdə biznes və investisiya imkanları, o cümlədən Azərbaycanın investisiya imkanları barədə geniş təqdimatlar keçiriləcək və B2B görüşlər təşkil olunacaq.

Qeyd edək ki, 2025-ci il üçün Türk Ticarət və Sənaye Palataları Birliyinə rəhbərlik Azərbaycana keçib və TCCI-da ölkəni ASK təmsil edir.

Избранный
24
32
vergiler.az

10Источники