RU

Millimiz İngiltərə ilə üz-üzə: Dviçayo qələbə ilə başlayıb

Bakıda keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi I turun matçına çıxıb.

Yığmamız ilk yarış günündə İngiltərə ilə qarşılaşır. Komandaların ilk badmintonçularının görüşü başa çatıb. Edi Reski Dviçayo kişilərin fərdi yarışında Harri Huanqa 2:0 (27:25, 21:13) hesabı qalib gəlib.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək çempionatda millimiz ikinci oyununu sabah Fransaya qarşı keçirəcək.

İdman.biz

Избранный
13
idman.biz

1Источники