Bakıda keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi I turun matçına çıxıb.
Yığmamız ilk yarış günündə İngiltərə ilə qarşılaşır. Komandaların ilk badmintonçularının görüşü başa çatıb. Edi Reski Dviçayo kişilərin fərdi yarışında Harri Huanqa 2:0 (27:25, 21:13) hesabı qalib gəlib.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək çempionatda millimiz ikinci oyununu sabah Fransaya qarşı keçirəcək.
İdman.biz