Bu ayın sonunda şagirdlərin elektron yerdəyişməsi sistemi yenidən aktiv ediləcək.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, yaxın günlərdə Sumqayıt şəhəri və Abşeron rayonunda birinci sinfə qəbul üzrə üstünlük hüququ olan məktəblərin siyahısı elan ediləcək:
“Sıxlıq olan ərazilərdəki məktəblərə ora yaxın ərazilərdə yaşayan uşaqların qəbulundan sonra yer qalarsa, digər uşaqlar üçün də qəbul elan ediləcək. Valideynlər indidən məktəb seçiminə başlasınlar", – deyə o qeyd edib.