RU

Soçidə baş verən yanğına görə 40-a yaxın insan təxliyə edilib » AzadMedia.az


Soçi dağ klasterində anbarda 20 kvadratmetr sahəni əhatə edən yanğınla əlaqədar 40-a yaxın insan təxliyə edilib.

Bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən məlumat verilib.

"Fevralın 12-də Moskva vaxtı ilə saat 10:52-də Soçi yanğın-xilasetmə qarnizonunun dispetçerinə yanğın barədə məlumat daxil olub. Müəyyən edilib ki, anbarda 20 kvadratmetrlik sahədə yanğın baş verib. 37 nəfər təxliyə edilib", - məlumatda qeyd olunub.

Yanğın nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Hazırda yanğın söndürülüb.
Избранный
21
47
azadmedia.az

10Источники