RU

Hava şəraiti ilə bağlı xəbərdarlıq - 14-dən 15-i səhərədək...

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq
Ekologiya.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. 
Fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var.  Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.
Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.
Избранный
41
49
ekologiya.az

10Источники