RU

Bakı metrosunda ötən ay sərnişinlərin 21 %-dən çoxu QR biletlə ödəniş edib

Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC-də 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, bütün ödənişli sərnişinlərin 21,1 %-i deməkdir.

Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131)

Yanvarda “Əlçatan metro” xidmətindən sağlamlıq və metrodan istifadə imkanları məhdud 60 sərnişin istifadə edib.

Избранный
15
4
report.az

5Источники