Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İrandan gələrək Azərbaycandan tranzit keçməklə Türkiyəyə “PVC” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Bizim.Media xəbər verir ki, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin (şüşə, patı adı ilə məlum olan, əslinfə tibbi adı metamfetamin olan narkotik maddə) aşkar edilib.
Eyni zamanda nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən 2 bükümdə, ümumi çəkisi 4,771 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта