RU

Bu Avropa ölkəsi Gürcüstanı hədələdi: Yeganə yol odur ki...

"Gürcüstan hakimiyyəti zorakılıq tətbiq etməyə davam edərsə, biz sanksiyaları sərtləşdirməyə, o cümlədən vizasız rejimin ləğvini reallaşdırmağa hazırıq".

Publika.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna parlamentdə çıxış edərkən deyib.

Tsaxna qeyd edib ki, böhrandan çıxışın və ölkədə etimadın bərpası üçün yeganə yol yeni seçkilərin keçirilməsidir.

Onun sözlərinə görə, Gürcüstan indiki kursu ilə Avropa İttifaqına daxil ola bilməyəcək.

“Bunu ölkəni həm demokratiyadan, həm də Qərbin xarici siyasətindən daha da uzaqlaşdıran hadisələr sübut edir. Gürcüstanın hazırkı kursu ilə Aİ-yə daxil ola bilməyəcəyi bəllidir və Gürcüstanda faktiki hakimiyyətdə olanların legitimliyi yoxdur. Dedik ki, yeni seçkilərin keçirilməsi bu böhrandan çıxış yolu və etimadın bərpasıdır. Hökumət zorakılıq tətbiq etməkdə davam edərsə, biz sanksiyaları sərtləşdirib, o cümlədən vizasız rejimin ləğv etməyə hazırıq”, - Tsaxna bildirib.

Избранный
5
2
publika.az

3Источники