RU

Ukraynada Antiterror Mərkəzinin qərargah rəisi saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) antiterror mərkəzinin (ATM) qərargah rəisinin vətənə xəyanətdə ittiham olunaraq həbs edildiyi barədə məlumat yayıb.

"Unikal" xəbər verir ki, bu barədə SBU "Telegram" kanalında məlumat paylaşıb 

Bildirilir ki, saxlanılan şəxs 2016-cı ildən quruma rəhbərlik edib. O, dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib. SBU-nun məlumatına görə, qərargah rəhbərinə 14 qanun pozuntusu ilə bağlı ittiham irəli sürülüb.

SBU saxlanılan şəxsin adını açıqlamayıb.

Gülayə Mecid 

Избранный
18
unikal.az

1Источники