Ukrayna Təhlükəsizlik Xidməti (SBU) antiterror mərkəzinin (ATM) qərargah rəisinin vətənə xəyanətdə ittiham olunaraq həbs edildiyi barədə məlumat yayıb.
"Unikal" xəbər verir ki, bu barədə SBU "Telegram" kanalında məlumat paylaşıb
Bildirilir ki, saxlanılan şəxs 2016-cı ildən quruma rəhbərlik edib. O, dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib. SBU-nun məlumatına görə, qərargah rəhbərinə 14 qanun pozuntusu ilə bağlı ittiham irəli sürülüb.
SBU saxlanılan şəxsin adını açıqlamayıb.
Gülayə Mecid