Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-dakı \"Hoenfels” hərbi bazasında keçirilən \"Joint Resolve-2025\" hərbi təlimlərində iştirak edir.
Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb.
Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.