RU

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

Azərbaycan I Liqasında çıxış edən \"Qaradağ Lökbatan” klubunun həkimi Xəyal Alızadə 5 oyunluq cəzalandırılıb.

Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna I Liqanın XIII turunda \"Mingəçevir”lə matçın 75-ci dəqiqəsində onun həkimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub. Bakı klubu həkiminin hərəkətinə görə 400 manat cərimələnib.

AFFA sözügedən oyunun 76-cı dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə \"Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimovu 4 oyunluq cəzalandırıb. Bununla yanaşı, klub 300 manat cərimələnib.
Избранный
32
8
azxeber.com

6Источники