Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi planının gündəliyə daxil ediləcəyi təqdirdə danışıqlarda iştirak etmək üçün ABŞ-yə getməyəcək.
Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
“ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması ilə bağlı planı müzakirə olunacaq məsələlər siyahısına daxil ediləcəyi halda Misir prezidenti Əbdülfəttah əs-Sisi Ağ Evdə danışıqlarda iştirak etmək üçün Vaşinqtona getməyəcək”, - məlumatda qeyd olunub.
“Al Qahera News” daha əvvəl bildirmişdi ki, Misir hakimiyyəti İsrail və ABŞ rəsmilərinin Qəzza sakinlərinin köçürülməsi ilə bağlı bəyanatlarından narazıdır.