Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.

"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.

Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:

1. Ekspert - Nurlan Valehoğlu 

Oyun: "Monako" - "Benfika"

Təxmin - Alt/Üst 2,5 - Üst- Əmsal 1,60

"Çempionlar Liqasında günün maraqlı matçlarında biri Monakoya keçiriləcək. Knyazlıq təmsilçisi “Benfika” ilə üz-üzə gələcək. Komandalar liqa mərhələsində də qarşılaşmışdılar. Noyabr ayında oynanılan matçda 5 qol vuruldu və yekunda Portuqaliya klubu 3:2 hesablı qələbə qazandı. Həmin oyundan yola çıxaraq bu dəfə də məhsuldar oyun gözləməyə dəyər. Məncə, oyunda minimum 3 qol olacaq".

2. Ekspert - Fərid Ramazanov

Oyun: "Brügge" - "Atalanta"

Təxmin - Qol vuracaq oyunçu - Mateo Retegui - Əmsal 2,49

"UEFA Çempionlar Liqasında Belçikanı təmsil edən "Brügge" pley-offa keçid mərhələsində doğma "Jan Breydel Stadion"da "Atalanta"nı qəbul edəcək. "Brügge" liqa mərhələsində ardıcıl uğurlu oyunlardan sonra sonuncu turda səfərdə "Mançester Siti"yə 1-3 hesabı ilə məğlub oldu və yekunda 11 xalla turnir cədvəlində ilk 24-lüyü qapayaraq növbəti mərhələyə vəsiqə qazandı. Belçikalı mütəxəssis Niki Hayenin rəhbərlik etdiyi komanda bütün turnirlər daxil 5 oyunda ardıcıl xal itkiləri yaşasa da, həftəsonu Belçika liqasında öz meydanında minimal hesablı qələbə qazandı. "Atalanta" isə Çempionlar Liqasında mövsümə yaxşı başlasa da, son turlarda İspaniya təmsilçiləri "Real Madrid" və "Barselona" ilə oyunlarda xal itkisi yaşadı və yekunda 15 xalla turnir cədvəlində 9-cu oldu. Can Pyero Qasperininin komandası son zamanlar ümumiyyətlə qeyri-sabit çıxış etsə də, həftəsonu İtaliya çempionatında səfərdə "Verona"nı 5-0 hesabı ilə darmadağın etdi. Komandanın hücumçusu Mateo Reteqi həmin matçda poker müəllifi oldu. İtaliya A Seriyasında bombardir olan Mateo Reteqinin Belçika səfərində "Brügge"yə qarşı görüşdə də fərqlənə biləcəyini ehtimal edirəm".

3. Eskpert - Tural Dadaşov

Oyun: "Seltik" - "Bayern" (Münhen)

Təxmin - Oyun nəticəsi 1x2 + Alt/Üst 2,5 - Üst və 2 - Əmsal 1,62

"UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Bavariya" "Seltik"in qonağıdır. Münxen təmsilçisi Liqa mərhələsində 15 xalla 12-ci yeri tutub. 12 xal toplayan "Seltik" isə 21-ci olub. Şotlandiya çempionatında böyük fərqlə liderlik edən "Seltik"in bütün yarışlarda son 10 matçda 8 qələbə və 1 məğlubiyyəti var. "Bavariya" isə Bundesliqada inamla liderlik edir və keçirdiyi son 10 rəsmi görüşdə 9 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Son 4 oyunda "Seltik" 16, "Bavariya" isə 12 qol vurub. Bu qarşılaşmada "Bavariya"nın qələbəsi ilə yanaşı, 2.5 üst nəticəni ehtimal edirəm".

Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...