RU

DYP görüntüləri paylaşdı - Sürücülər və piyadalar nə deyir? VİDEO

Bakıda piyadaların vurulmasının anbaan görüntüləri yayılıb.

Xezerxeber.az-ın xəbərinə görə, piyadavurma hallarının təhlili qəzaların əsasən piyadaların yolu müəyyən olunmayan yerlərdən keçmələri, nəqliyyat vasitələrinin önündən anidən yola çıxmaları, yolu keçərkən yola baxmamaları və bu kimi hallar səbəbindən baş verdiyini göstərir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bəzi piyadalar öz həyatlarını təhlükəyə atırlar.

Sürücülər isə deyirlər ki, piyadalar yol hərkəti qaydalarına riyaət etmədikdə nəinki özlərini, elə onları da təhülkə altına alırlar.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə də müraciət edib.

İdarədən o da bildirildi ki, bu kimi qəzaların qarşısının alınması üçün tədbirlər bundan sonra da davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
27
xezerxeber.az

1Источники