RU

“Hər halda maneədir”

Bakıda “Rus evi”nin fəaliyyətini dayandırması və yerləşdiyi binanın üzərindəki hər iki dildə olan lövhənin sökülməsi, necə deyərlər, aysberqin görünən tərəfidir.

Rəsmi Moskvanın bu “Rus evi”nin bağlanmasına görə əl-ayağa düşməsi, isterika yaratması bu mərkəzin fəaliyyətinin gerçək məqsədinin üzə çıxmasına yardımçı oldu.

“Rus evi” rus dilini, ədəbiyyatını, mədəniyyətini təbliğ etmək, yaymaqla Azərbaycanda türkçülük ideyalarının oturuşmasını əngəlləmək və Türkiyənin təsirini azaltmaq üçün nəzərdə tutulubmuş. Bunu Rusiyanın “Politgen” analitik mərkəzinin rəhbəri, siyasi şərhçi Yaroslav İqnatovskinin dolayısı etirafı da təsdiqləyir.

Y.İqnatovskidən sitat: ““Rus evi” rus mədəniyyəti ocağı və “soft power” (yumşaq güc) mərkəzi kimi pantürkizm ideologiyasının və Türkiyənin siyasi və iqtisadi maraqlarının qarşısında kiçik də olsa, hər halda maneədir”.

Göründüyü kimi Kreml Türk dünyasının önəmli bir parçası olan Azərbaycanda türklük dünyagörüşünün güclənməsini istəmir. Və bu prosesi əngəlləmək üçün “Rus evi” tipli mərkəzlər, Rus Mədəniyyət Mərkəzi tipli qurumlar ən əlverişli vasitə hesab olunur.

Hazırda Azərbaycan türklük düşüncəsi ilə rusiyapərəstliyin əsas toqquşma episentri sayılır. Buradakı proseslərin Türküstan ölkələrinə də (Mərkəzi Asiyadakı türk cümhuriyyətlərinə) müsbət təsirinin olacağı şəksizdir.

Избранный
49
vaxt.az

1Источники