RU

“Böyük Dəbilqə”: Millimiz Bakıda 33 cüdoçu ilə yarışacaq

Fevralın 14-16-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin proqramı müəyyənləşib.

Arena.az xəbər verir ki, yarışın ilk günündə beş çəki dərəcəsində – kişilərdə 60 kq və 66 kq, qadınlarda 48 kq, 52 kq və 57 kq-da medallar sahiblərini tapacaq.

Turnirin ikinci günündə daha dörd çəkidə çempionlar və mükafatçılar müəyyənləşəcək: kişilərdə 73 kq və 81 kq, qadınlarda isə 63 kq və 70 kq-da.

“Böyük Dəbilqə”nin son günündə mübarizə beş çəkidə – kişilərdə 90 kq, 100 kq və +100 kq, qadınlarda isə 78 kq və +78 kq-da davam edəcək.

Final qarşılaşmaları hər gün saat 17:00-da başlayacaq. Səhər yarışlarının dəqiq başlama vaxtı püşkatmadan sonra bəlli olacaq.

Qeyd edək ki, üç gün davam edəcək turnirdə 38 ölkədən 270 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan bu yarışa 33 idmançı ilə qatılacaq. Artıq həmin idmançıların siyahısı da məlumdur.

Öncədən 38 idmançımızın tatamiyə çıxacağı sifariş edilsə də, onlardan beşi mübarizəyə qoşulmayacaq. Ölkəmizdəki “Böyük Dəbilqə”də bu cüdoçular iştirak edəcəklər:

60 kq: Turan Bayramov, Əhməd Yusifov, Hüseyn Allahyarov, Balabəy Ağayev;

66 kq: Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşad Elkiyev, Elşən Əsədov;

73 kq: Rəşad Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qədir Hüseynov;

81 kq: Zelim Tskayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev, Süleyman Şükürov;

90 kq: Tuncay Şamil, Əli Qazıməmmədov;

100 kq: Əjdar Bağırov, Davud Namazlı;

+100 kq: Uşanqi Kokauri, Camal Həmzətxanov, Kənan Nəsibov və Ramazan Əhmədov;

48 kq: Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova;

57 kq: Fidan Əlizadə, Fidan Qasımova;

63 kq: Nərgiz Hacıyeva;

70 kq: Günel Həsənli, Südabə Ağayeva;)

+78 kq: Nigar Süleymanova.

Murad Fətiyev (90 kq), Elmar Qasımov, Nihad Şıxəlizadə (hər ikisi 100 kq), Aydan Vəliyeva (52 kq), Açelya Toprak (57 kq) isə heyətdən çıxarılıb.

Избранный
18
3
arena.az

4Источники