RU

Tramp sülh üçün Putinin bu şərtini qəbul etdi

Ukraynanın NATO-ya üzvlüyündən imtina ideyası ilə razıyam.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ lideri Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Mən bununla razıyam”, - Tramp bu yöndə sualı cavablandırarkən bildirib.

O, Ukraynanın alyansa qoşulması perspektivini qeyri-praktik və qeyri-mümkün adlandırıb.

Qeyd edək ki, Trampla Putin arasında telefon danışığı ötən gün baş tutub.

Rusiya lideri Putinin əsas tələblərindən biri Ukraynanın NATO üzvlüyündən imtina edilməsidir.

Избранный
31
2
axar.az

10Источники