Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt 51-ci ştatı kimi ABŞ-ın tərkibinə daxil olmayacağını bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə Brüsseldə jurnalistlərlə görüş zamanı danışıb.
“Tam aydın deyirəm: Kanada heç vaxt 51-ci ştat olmayacaq. Bu, heç vaxt baş verməyəcək”, – Trüdo bildirib.