RU

“Bu, heç vaxt baş verməyəcək!” - Trüdo

Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı kimi tərkibinə daxil olmayacağını bəyan edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə jurnalistlərlə bildirib.

“Tam aydın danışmaq istəyirəm: Kanada heç vaxt 51-ci ştat olmayacaq. Bu heç vaxt baş verməyəcək”, – o söyləyib.

Eyni zamanda, Kanada Baş naziri qeyd edib ki, Ottava ABŞ Prezidenti Donald Trampın bu cür bəyanatlarına çox ciddi yanaşır.

Xatırladaq ki, fevralın 9-da Tramp Kanadanı “yaşamaq qabiliyyəti olmayan ölkə” adlandırıb və müdafiə xərclərinin yetərincə olmadığını bildirərək yenidən onun 51-ci Amerika ştatı olmasını təklif edib.

Избранный
51
13
qafqazinfo.az

10Источники