Fransanın Qrenobl şəhərindəki barda baş verən partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “France24“ telekanalı məlumat yayıb.
İlkin məlumata görə, naməlum şəxs daxil olaraq içəri qumbara atıb və qaçıb.
Zərərçəkənlərdən ikisinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Qeyd olunub ki, şübhəli şəxs Kalaşnikov avtomatı ilə silahlansa da, atəş səsləri eşidilməyib. Hüquq-mühafizə orqanları terror versiyasını istisna edərək hadisənin “şəxsi hesablaşma” ilə bağlı olduğunu açıqlayıb.
Dövlət prokuroru Fransua Ture de Kusi nəzərdən keçirilən versiyalardan birinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğunu bildirib.