RU

Suraxanı və Nərimanovda köməksiz vəziyyətdə qalan 5 vətəndaş xilas edilib

Ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında və liftdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı və Nərimanov rayonları ərazisində ümumilikdə üç ünvanda vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Operativ Media-ya FHN-dən verilən məlumata  görə, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında və liftdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib.

Избранный
9
10
operativmedia.az

10Источники