Bakı. Trend:
Azərbaycan yüksək inkişaf potensialına malik dinamik biriqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icraedir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmişislahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyatqurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerliistehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq.Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı,həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuzdavamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.
Trend xəbərverir ki, bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25:Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilənForumun iştirakçılarına müraciətində yer alıb.
Müraciətdə, həmçinin deyilir: “Hazırda başlıca hədəfimiziqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlıinkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdəinkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənənrəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətəəsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insankapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım”ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidənməskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milliprioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icraedildikdə yüksək nəticələr verəcəkdir”.