RU

"Bizim təcrübəmiz və iqtisadi gücümüz buna imkan verir" - Deputat

“Prezident İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimiz daha yüksək səviyyəyə qalxacaq. Əlbəttə qeyd etmək yerinə düşər ki, hazırda ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir”.

Bunu AzNews.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Təhsil sahəsində artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. İmzalanmış sənədlər onların sayını artırmaq imkanını da yaradacaq. Bu tələbələrin universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına da fayda verəcək. Qeyd etməliyik ki, imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Hazırda Azərbaycan tərəfi Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır. İnfrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində bizim əməkdaşlığımız yüksək nəticə verə bilər. Çünki Azərbaycan artıq bu və digər sahələrdə həm yerli həm də beynəxalq uğurlar qazana bilib. Bizim təcrübəmiz və iqtisadi gücümüz buna imkan verir ki, Somaliyə sərmayə qoyaraq həm o ölkənin inkişafına, həm də sahibkarlıq subyektlərinə fayda vermiş olarıq. Bu baxımdan kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik”.

Избранный
11
aznews.az

1Источники