RU

Mərkəzi Bank daha bir valyuta dəyişmə məntəqəsini cərimələdi

Mərkəzi Bankın apardığı nəzarət tədbirlər çərçivəsində "Bakı Mərkəzi Valyuta" MMC-nin vəzifəli şəxsi 1000 manat məbləğində cərimə edilib.

Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar "Bakı Mərkəzi Valyuta" MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 (bir min) manat məbləğində cərimə edilib.

Избранный
18
3
valyuta.az

10Источники