RU

Qarabağ erməniləri haqda fikirləri qalmaqal yaratdı- “Üzr istəsin!”

Ermənistanda parlamentin spikeri Alen Simonyanın bir neçə gün əvvəl jurnalistlərlə söhbətində səsləndirdiyi fikirlər ölkədə müzakirələrə səbəb olub. 

Oxu24.com  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, Qarabağı könüllü tərk edən ermənilər haqda suala cavab verərkən onları 44 günlük müharibədə döyüşməməkdə günahlandırıb. 

“Onlar döyüşməli idilər, getməli yox” – deyə Simonyan qeyd edib.

Onun bu açıqlamasından sonra Qarabağ separatçılarının sonuncu “rəhbəri” Samvel Şahramanyan Ermənistan parlamentinin spikerinin səsləndirdiyi fikirlərə görə ictimai olaraq üzr istəməsini tələb edib.

Избранный
3
2
oxu24.com

3Источники