İraq ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin respublikadan çıxarılması məsələsində Tramp administrasiyası ilə dialoq aparır.
Bununla belə, təmaslar hərbi aspektlərə və təhlükəsizliklə bağlı məsələlərə aiddir.
Bağdad artan terror təhlükəsindən qorxur. Bayden administrasiyası qoşunların 2026-cı ilə qədər çıxarılması planı ilə razılaşıb.
Həmçinin bildirək ki, Trampın Ağ Evə qayıtması ilə planlar dəyişə bilər .
ABŞ-nin yeni prezidenti Yaxın Şərq siyasətinə yenidən baxılacağını açıqlayıb. Bağdad əvvəllər əldə edilmiş razılaşmalara əməl etməkdə israrlıdır.