RU

İstanbulda torpaq sürüşməsi: Binalar boşaldıldı

İstanbulun Üsküdar bölgəsində əvvəllər karxana kimi istifadə edilən ərazidə torpaq sürüşməsi baş verib.

News24.az xəbər verir ki, hadisədə can itkisi və yaralanma olmasa da, ehtiyat tədbiri olaraq 9 mənzil və 3 mağazadan ibarət iki bina boşaldılıb.

Boşalan mağaza və mənzillər bələdiyyə qrupları tərəfindən möhürlənib.

Təxliyə edilən bina sakinlərinin bir qisminin qohumlarının yanına getdiyi, bəzilərinin isə yaxınlıqdakı otellərə yerləşdiriləcəyi öyrənilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə


Избранный
8
news24.az

1Источники