RU

"Neytral yanaşma ilə həqiqətin üzə çıxarılması əsas prinsipimizdir" - QHT sədri

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə QHT.az-a açıqlamasında təşkilatın fəaliyyət istiqamətləri və əsas prinsipləri barədə məlumat verib. O bildirib ki, neytral yanaşma müxtəlif etibarlı mənbələrin təhlili və nəticə çıxarmaq prinsipinə əsaslanır.

"Biz təşkilat olaraq 2021-ci ildən etibarən qadınların sosial inkişafı ilə yanaşı, hüquqlarının qorunması istiqamətində də fəaliyyət göstəririk. Müraciətlərin məzmunundan asılı olaraq, həqiqətin üzə çıxarılması, hər iki tərəfin mənafelərinin təmin olunması və həll yollarının axtarılması əsas məqsədimizdir. Bu yanaşma, eyni zamanda, ailə və milli dəyərlərimizin qorunmasına töhfə verir," – deyə Gülqədəm Mirzəzadə vurğulayıb.

Qeyd edək ki, təşkilatın fəaliyyəti çərçivəsində qadınların hüquqlarının qorunması, sosial inkişafı və cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif layihələr həyata keçirilir.

 

Pərvanə Fərhadqızı

Избранный
32
qht.az

1Источники