RU

İsrail HƏMAS-ın azad edəcəyi girovların siyahısını gözləyir

İsrail Fələstinin HƏMAS hərəkatının şənbə günü azad ediləcək üç girovun siyahısını təqdim edəcəyini gözləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail rəsmisinə istinadən “The Jerusalem Post” məlumat yayıb.

Məlumata görə, Qətərin hökumət başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Taninin bu siyahını İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barneaya göndərəcəyi gözlənilir.

 Qəzet qeyd edir ki, girovların həftəsonu azad ediləcəyi təqdirdə, bu, atəşkəsi təhdid edən böhranı aradan qaldıracaq.

Избранный
19
ucnoqta.az

1Источники