ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar şok razılaşmaya gətirib çıxaracaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens “The Wall Street Journal”a (WSJ) müsahibəsində bildirib.
“Düşünürəm ki, bir çox insanı şoka salacaq sövdələşmə olacaq. O, (Tramp) “Hər şey masadadır, gəlin danışıqlar aparaq” deyəcək”, - ABŞ vitse-prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Ukraynanın hansı hissəsinin Rusiyanın tərkibində qalacağını və ya ABŞ və digər Qərb müttəfiqlərinin Kiyevə hansı təhlükəsizlik zəmanəti verə biləcəyini söyləmək hələ tezdir. Siyasətçi aydınlaşdırıb ki, bu detallar sülh danışıqları zamanı işlənməlidir.