Suriyanın yeni hökuməti başda İŞİD olmaqla, terror təşkilatları ilə mübarizəni davam etdirməlidir.aia.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.Makron eyni zamanda terrorla mübarizədə Fransanın “müttəfiqi” olaraq SDQ-nin (terror təşkilatı PKK/YPG) Suriya Milli Ordusuna inteqrasiyasına çağırıb.Fransa prezidenti həmçinin vurğulayıb ki, Suriya və onun qonşularının təhlükəsizliyi üçün əllərindən gələni etməyə hazırdılar.aia.az